Nazir dünya çempionu Aydın Süleymanlı ilə görüşdü FOTO


Digərləri 16 Okt 2019 11:22:00 309 0

Nazir dünya çempionu Aydın Süleymanlı ilə görüşdü  FOTO

Təhsil naziri dünya çempionu Aydın Süleymanlı ilə görüşüb

Son.az xəbər verir ki, oktyabrın 15-də Təhsil naziri Ceyhun Bayramov Hindistanın Mumbay şəhərində keçirilən şahmat üzrə dünya çempionatında 14 yaşlılar arasında qalib olan Bakı şəhəri 249 nömrəli tam orta məktəbin IX sinif şagirdi Aydın Süleymanlı ilə görüşüb.

Ceyhun Bayramov Aydın Süleymanlını qazandığı uğur münasibətilə təbrik edərək bu nailiyyətin ölkəmiz üçün qürurverici olduğunu bildirib.