Arvadına təcavüz edəni bıçaqladı


Dünya 16 Okt 2019 10:32:00 278 0

Arvadına təcavüz edəni bıçaqladı

Ukraynada ər arvadına təcavüz etmək istəyən manyakı bıçaqladığı üçün 8 il həbs cəzasına məhkum edilə bilər.

Son.az xəbər verir ki, axşam 27 yaşlı ukraynalı həyat yoldaşı və dostları ilə bir kafedə əylənirlər. Bir müddətdən sonra cütlük mübahisə edir və qadın evə tək getmək qərarına gəlir. Lakin həyat yoldaşını evə tək buraxdığını görə, özünü qınayan ər onun arxasınca qaçıb.

Binaya yaxınlaşan kişi arvadının qışqırığını eşidərək, səs gələn tərəfə qaçır. O, təcavüzkarı hadisə yerindəcə yaxalayaraq onu qasıq nahiyəsindən bir neçə dəfə bıçaqlayıb. 25 yaşlı cinayətkar xəstəxanaya qaldırılıb. Vəziyyəti ağır kimi qiymətləndirilir.

Ukrayna Milli Polis İdarəsinin mətbuat xidməti hadisə ilə bağlı məlumat yayıb.