Kapital Bank 2019-cu ilin III rübünün nəticələrini elan edib


Digərləri 16 Okt 2019 10:13:36 271 0

Kapital Bank 2019-cu ilin III rübünün nəticələrini elan edib

Kapital Bank-ın aktivləri 1 oktyabr 2019-cu il tarixinə 4 milyard manat təşkil edib.

Bakı. Kapital Bank-ın aktivləri 1 oktyabr 2019-cu il tarixinə 4 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 1,7 milyard manat olub. Bankda müştəri depozitlərinin həcmi 1 oktyabr 2019-cu il tarixinə 3,2 milyard manat olub. Bankın 1 oktyabr 2019-cu il tarixinə tutulmalardan sonra məcmu kapitalı 357 milyon manat, adi və imtiyazlı səhmlər isə 225 milyon manat təşkil edir. Qeyd edək ki, Kapital Bank Moody's və Standard & Poor's beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.