Bakıda işədüzəltmə adı ilə insanları aldadırlar


Digərləri 16 Okt 2019 10:00:00 309 0

Bakıda işədüzəltmə adı ilə insanları aldadırlar

Xaçmaz sakini Bakıda aldadılıb. Özünü dövlət qurumunun əməkdaşı kimi təqdim edən bir şəxs ondan işə düzəltmək adı ilə pul alıb. Rayon sakini indi onu aldadan adamla əlaqə qura bilmir.

Son.az xəzər xəbər-ə istinadla bildirir ki, tanımadığı adama işə düzəlmə adı ilə pul verib. İndi nə işə düzəlir, nə də pulunu geri ala bilir.

Hadisə Xaçmaz rayon sakini Hikmət Qurbanovun başına gəlib. O deyir ki, Bakıda təsadüfən tanış olduğu Eldəniz Əliyev adlı şəxs ona işə düzəltmək adı ilə təklif edib.

Özünü bir qurumun əməkdaşı kimi təqdim edən Eldəniz ondan bunun müqabilində pul istəyib.

Aralarında belə razılaşıblar ki, qalan 300 manatı isə işə düzələndən sonra alacaq. Avqust ayında pulu verən Hikmət sentyabrın 7-də işə getməli imiş. Eldəniz Əliyev Hikməti inandırmaq üçün özünün şəxsiyyət vəsiqəsinin surətini də verib.