Türkiyə SQ Hələb-Tell-Tamer şossesi boyunca bir neçə kəndi tutublar


Digərləri 16 Okt 2019 00:42:36 333 0

Türkiyə SQ Hələb-Tell-Tamer şossesi boyunca bir neçə kəndi tutublar

Türkiyə Silahlı Qüvvələri və Suriya Milli Ordu birləşmələri Hələb şəhəri ilə Tell-Tamer qəsəbəsi arasındakı şosse boyunca bir neçə kəndi tutublar

Bakı. Türkiyə Silahlı Qüvvələri və Suriya Milli Ordu birləşmələri Hələb şəhəri ilə Tell-Tamer qəsəbəsi arasındakı şosse boyunca bir neçə kəndi tutublar. Trend-in məlumatına görə, bu barədə Suriya telekanalı "Al Ekhbariya" bildirib. Məlumata əsasən, Tell-Tamer yaşayış məntəqəsi Turkiyə sərhədindən 30 km məsafədə, Haseke vilayətində yerləşir. Qeyd olunan kəndlər Suriya ordusunun mövqelərindən təxminən 10 km məsafədə yerləşir.