Toyota şirkəti RAV4 modelinin ən güclü versiyasını hazırlayıb


Digərləri 15 Okt 2019 23:58:00 414 0

Toyota şirkəti RAV4 modelinin ən güclü versiyasını hazırlayıb

Toyota şirkəti ən güclü RAV4 modelinin ilk şəklini dərc edərək yeni modifikasiyanın mahiyyəti barədə məlumat verib. Yapon markasının bestsellerinin top versiyası əlbəttə ki, məişət elektrik şəbəkəsindən qidalanan hibrid güc aqreqatına (PHEV) malik olacaqdır.

Hazırda Toyota RAV4 modelinin təklif edilən ən güclü versiyası da hibrid güc aqreqatına malikdir: 2,5-litrlik benzin mühərrikinin əsasında hazırlanmış və iki elektromotora malik olan hibrid qurğu 218 at qüvvəsi hasil edir. Çox güman ki, yapon şirkətinin mühəndisləri bu qurğunu təkmilləşdirməklə top-versiyanı yaratmaq niyyətindədirlər. Məsələn, mühəndislər nikel-metalhidrid batareyasını litium-ion variantına dəyişərək elektromotorların gücünü artıra bilərlər. Böyük ehtimalla, hibrid aqreqatın gücü 250 at qüvvəsinə qədər artırıla bilər. Lakin, yapon istehsalçıları hələlik əlindəki kartları açmağa tələsmir.

Son.az autograph.az-a istinadən bildirir ki, dərc edilmiş tizerdən də göründüyü kimi, top-versiyanın seçilən xüsusiyyətləri kuzovun xüsusi Supersonic Red rəngi, həmçinin ön hissənin tərtibatı olacaqdır. Krossover şaquli gündüz hərəkət işıqları, başqa radiator barmaqlığı, forması dəyişdirilmiş ön bamper və xrom haşiyələri ilə seçiləcəkdir.

Toyota RAV4 modelinin ən güclü versiyası 20 noyabr tarixində Los Ancelesdə keçiriləcək avtosalonda debüt edəcəkdir. Xatırladaq ki, Toyota RAV4 modeli TRD bölümü tərəfindən hazırlanmış "hardkor" versiyada da təklif edilir.

(adsgarden = window.adsgarden || []).push({});