İmam Hüseyn (ə) və Kərbəla faciəsi Bibliyanın mətnində


Digərləri 15 Okt 2019 23:10:00 323 0

İmam Hüseyn (ə) və Kərbəla faciəsi Bibliyanın mətnində

Həcc ziyarətindəki qurbanlıq zamanı hacılar saçlarını qırxmalıdırlar. Bir çox mədəniyyətlərdə saçı qırxmaq matəm əlaməti sayılır. Eləcə də, hacıların büründüyü ehram kimi, parçalardan tikilmiş paltar geyinmək də matəm rəmzidir. Bundan əlavə, ağ rəng kəfən rəngidir. Sanki İbrahim Peyğəmbərin (ə) Allahla əhdinin xatirəsi olaraq, bütün kişi hacılar sünnətli olmalıdırlar.

Bibliyaya aid olan İsayya kitabında deyilir: "Tanrı Savaof sizə əmr edir ki, bu gün ağlayıb-sızlayasınız, saçlarınızı qırxıb, əyninizə (cırılmış) parçalar geyinəsiniz" (22:12).

Son.az islam.az-a istinadən bildirir ki, səhrada buraxılımış körpə İsmail (ə) susuzluq hiss etdi və onun susuzluğu Zəmzəm quyusu vasitəsilə yatırıldı. O, Allah yolunda qurban verilməli idi, amma son anda xilas edildi və əvəzinə qoç kəsildi. Lakin İmam Hüseynin (ə) susuzluğu yatırılmadı, onun şəhadəti də xoş sonluqla bitmədi, faciəli şəkildə həyata keçdi. Biz bütün Bibliya mətni boyunca səpələnmiş bu eyhamlara diqqət yetirməliyik. Kərbəla - həccin batini mənasıdır.

Bibliyanın birinci kitabında sirli, mistik bir məqam vardır. "Təkvin" kitabının 49-cu fəslində Yaqub Peyğəmbər (ə) ölüm ayağında ikən oğullarını başına yığıb onlara deyir: "Bir yerə toplaşın, gələcəkdə başınıza nələr gələcəyini sizə xəbər verim". Sonra buyurur: "Hakimiyyət çubuğu həmişə Yəhuda qolunda olacaq, hökm verən onun nəslində olacaq, ta ki, Şelox gələcək, xalqlar ona tabe olub xidmət edəcək" (49:10-12).

Bibliyanln bundan başqa heç bir yerində rast gəlmədiyimiz və dəqiq tərcüməsi olmayan sirli "Şelox" sözü axirəz-zamanda gələcək və yəhudilərin içindən çıxmayacaq şəxsi bildirir. Ola bilər ki, Şelox - elə "Təsniyə" kitabında xatırlanan, "Musaya tay olan" peyğəmbərdir: "Sənin Rəbbin Allah sənin ətrafından, qardaşlarının arasından mənə bənzər bir peyğəmbəri seçəcək, ona tabe olun" (18:15). "Qardaşlarının arasından" ifadəsinin mənası budur ki, o, İbrahimin (ə) İsmail (ə) vasitəsilə nəslindən olacaq. Bibliyanın başqa yerində deyilir: "O (İsmail) bütün qardaşlarının gözü qarşısında yaşayacaq" (Təkvin, 16:12). Digər fərziyyəyə görə, Şelox həmin on iki hökmdardan biri, daha doğrusu, onların sonuncusu İmam Mehdidir (ə).

"Şelox" sözünə bizim izahımız belədir: birinci hərf "ş" - "aşer" əvəzliyinin qısaldılmış şəklidir, yəni "o". "Lox" hissəciyi isə ərəb dilində olduğu kimi yəhudi dilində də "ona" mənasını verir. Belə olduqda, yuxarıdakı cümlənin tərcüməsi bu formaya düşür: "Hakimiyyət çubuğu həmişə Yəhuda qolunda olacaq, hökm verən onun nəslində olacaq, ta ki, onun (hakimiyyət çubuğunun) məxsus olduğu şəxs gələcək, xalqlar ona tabe olub xidmət edəcək".

Başqa sözlə desək, Bəni-İsrailin bir qoluna verilmiş peyğəmbərlik və hakimiyyət müvəqqətidir. Vaxt olacaq ki, bütün bunların sahibi gələcək, xalqlar da ona tabe olub itaət göstərəcək.

(adsgarden = window.adsgarden || []).push({});