Hərbi helikopter qəzaya uğradı


Dünya 15 Okt 2019 19:17:00 269 0

Hərbi helikopter qəzaya uğradı

Əfqanıstanın şimalında hərbi helikopter qəzaya uğrayıb.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə ölkənin şimalındakı Bəlx əyalətində baş verib.

Helikopterdə yeddi nəfər olub, onların taleyi barədə məlumat verilməyib.

Hazırda hərbçilərin axtarışları aparılır.