Aİİ ilə Özbəkistan Beynəlxalq İslam Akademiyası arasında Əməkdaşlıq Protokolu imzalanıb


Digərləri 15 Okt 2019 17:57:33 218 0

Aİİ ilə Özbəkistan Beynəlxalq İslam Akademiyası arasında Əməkdaşlıq Protokolu imzalanıb

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) ilə Özbəkistan Beynəlxalq İslam Akademiyası arasında Əməkdaşlıq Protokolu imzalanıb

Bakı. Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) ilə Özbəkistan Beynəlxalq İslam Akademiyası arasında birgə elmi-pedaqoji və tədqiqat işlərinin aparılması sahəsində Əməkdaşlıq Protokolu imzalanıb. Aİİ-nin rektoru Ceyhun Məmmədov qonaqğı salamlayaraq, onları İnstitutda görməkdən məmnun olduğunu bildirib. Ali təhsil müəssisəsinin fəaliyyəti haqqında məlumat verən C.Məmmədov Aİİ-nin məqsəd və vəzifələri, hədəfləri haqqında ətraflı bəhs edib. Rektor ali təhsil müəssisəsində tədrisin müasir tələblər səviyyəsində qurulması üçün dünyanın digər qabaqcıl universitetləri ilə yanaşı, Özbəkistanın ali məktəblərinin təcrübəsindən yararlanmağın əhəmiyyətinə diqqət çəkib. Həmçinin ölkələr arasındakı münasibətlərin təhsil sahəsindəki əlaqələrin inkişafına təkan verdiyini vurğulayıb. C.Məmmədov hazırda ölkəmizdə keçirilən Türk Şurasının VII Zirvə Görüşünə diqqət çakib. Təşkilatın fəaliyyətinin əsas məqsədinin türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığa yardım etmək olduğunu qeyd edən Aİİ rektoru vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müsəlman ölkələri ilə münasibətlərə böyük önəm verir. Özbəkistan Nazirlər Kabineti yanında Dini Məsələlər üzrə Komitə sədrinin birinci müavini Müzəffər Kamilov təmsil etdiyi qurum və Özbəkistan Beynəlxalq İslam Akademiyası haqqında məlumat verib. O, ali təhsil müəssisələri arasında birgə elmi-pedaqoji və tədqiqat işlərinin aparılması sahəsində Əməkdaşlıq Protokolunun imzalanmasını əlamətdar hadisə kimi dəyərləndirib, sənədin hər iki tərəf üçün faydalı və maraqlı olacağını diqqətə çatdırıb. İnstitutun tədris və təhsil istiqamətində apardığı işləri yüksək qiymətləndirən M.Kamilov gələcəkdə təhsil sahəsində Aİİ ilə əməkdaşlığı daha da inkişaf etdirəcəklərini bildirib. Daha sonra ali təhsil müəssisələri arasında əməkdaşlıq prinsiplərinə uyğun olaraq elmi-pedaqoji, tədqiqat işlərinin aparılması sahəsində birgə fəaliyyətə əsaslanan Protokol imzalanıb. Protokolda hər iki ali təhsil müəssisəsinin fakültə və kafedraları arasında qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan elmi-tədqiqat işlərinin aparılması; birgə layihələrin reallaşdırılması; professor-müəllim heyəti və doktorantlar üçün qarşılıqlı akademik səfərlərin həyata keçirilməsi nəzərdə tutulur.