Qəbələdə 4 uşaq anası həyat yoldaşı tərəfindən döyülərək xəstəxanalıq oldu


Digərləri 15 Okt 2019 16:47:00 274 0

Qəbələdə 4 uşaq anası həyat yoldaşı tərəfindən döyülərək xəstəxanalıq oldu

Qəbələ rayonunda qadın həyat yoldaşı tərəfindən xüsusi amansızlıqla döyülüb.

Bakı. Samir Əli - Qəbələ rayonunda qadın həyat yoldaşı tərəfindən xüsusi amansızlıqla döyülüb. Trend-in məlumatına görə, hadisə rayonun Solquca kəndində baş verib. Kənd sakini, 1975-ci il təvəllüdlü Xalidə Dəmirova həyat yoldaşı 1973-cü il təvəllüdlü Eyvaz Dəmirov tərəfindən xüsusi amansızlıqla döyülüb. Hadisə nəticəsində bədəninin müxtəlif hissələrindən xəsarətlər alan qadın Qəbələ Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.