Şəmkirdə bir dam altında tikilən kafe və mağazalar yanıb


Digərləri 15 Okt 2019 16:06:00 259 0

Şəmkirdə bir dam altında tikilən kafe və mağazalar yanıb

Şəmkirdə yanğın olub

Bakı. Şəmkir rayonunda ümumi sahəsi 2400 m² olan, bir dam altında tikilən, müxtəlif təyinatlı obyektlərin (kafe, mağazalar və s.) yanar konstruksiyaları 464 m² sahədə yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən Trend-ə məlumat verilib. Tikililərin qalan hissəsi və bitişik obyektlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;