Ötən dərs ilində 4 mindən çox şagird sinifdə saxlanılıb


Digərləri 15 Okt 2019 15:46:00 260 0

Ötən dərs ilində 4 mindən çox şagird sinifdə saxlanılıb

Ötən dərs ilində daxil olan şikayətlər təhlil olunarkən məlum oldu ki, bu məsələnin arxasında bir çox subyektiv yanaşmalar durur.

Bakı. İlhamə İsabalayeva - Ötən dərs ilində 4000-dən çox şagird sinifdə saxlanılıb. Trend-in məlumatına görə, bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva "Bakı təhsili: uğurlar və hədəflər" mövzusunda keçirilən konfransda deyib. Nazir müavini qeyd edib ki, onları maraqlandıran məsələlərdən biri də təhsildən yayınan şagirdlərdir: "Elmin, tərəqqinin inkişaf etdiyi dövrdə dövlətin qayğısı ilə əhatə olunan uşağın təhsildən yayınma səbəblərinə heç vaxt bəraət qazandırmaq olmaz. Daha böyük məsələ şagirdin sinifdə saxlanmasıdır. Hansı dövrdə yaşayırıq ki, oxuyub yaza bilməyən şagird sinifdə saxlanılsın. Axı məktəbin əlində müxtəlif imkanlar var ki, həmin uşağa vaxtında təhsil öyrətsin. Ötən dərs ilində daxil olan şikayətlər təhlil olunarkən məlum oldu ki, bu məsələnin arxasında bir çox subyektiv yanaşmalar durur. Şagird əsas fənlərdən qiymət alır, amma musiqi və digər yaradıcı fənlərdən 2 alır. Ümumiyyətlə, təlim tədris prosesinə mane olan, çətin tərbiyə edilən uşaqlar var. Lakin oxumayan şagirdi bir il də geri saldıqda nolur?".