Xalq artistinin oğlu Hollivudda filmə çəkilmək istəyir


Şou-biznes 15 Okt 2019 15:16:00 339 0

Xalq artistinin oğlu Hollivudda filmə çəkilmək istəyir

Hazırda tək yaşayıram və öz ayaqlarım üstündə durmağa çalışıram. Atamdan heç bir maddi dəstək almıram. Lakin bəzi qərarları verməzdən öncə atamla məsləhətləşirəm. Tək yaşadığım üçün bütün ev işlərini özüm görürəm. Dostumun studiyasında çalışıram.

Son.az bildirir ki, bu sözləri Xalq artisti Eyyub Yaqubovoğun oğlu Zakir Yaqubov modern.az-a müsahibəsində deyib.

O söyləyib ki, Hollivudda aktyor olmaq niyətindədir:

"27 yaşımdayam. Gələcək üçün ən böyük arzularım öz biznesimi qurmaq və Hollivudda aktyor kimi çalışmaqdır. Rejissor Martin Skorsezeni görmək də ən böyük arzularımdan biridir. Çox istərdim ki, Hollivud filmlərinin ən azı birində çəkilmək mənə qismət olsun və gözlərimlə oradakı çəkiliş prosesini görə bilim. Bu arzularımın ən pik nöqtəsidir".