Energetika naziri vətəndaşları qəbul edib (FOTO)


Digərləri 15 Okt 2019 15:07:00 262 0

Energetika naziri vətəndaşları qəbul edib (FOTO)

Energetika naziri Pərviz Şahbazov nazirlikdə növbəti dəfə vətəndaşları qəbul edib.

Bakı. Energetika naziri Pərviz Şahbazov nazirlikdə növbəti dəfə vətəndaşları qəbul edib. Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, qəbulda Bakı şəhəri və Ucar rayonundan olan sakinlər iştirak edib. Vətəndaşlar elektrik enerjisi təminatı, enerji təchizatı şəbəkəsinə qoşulma, neft-qaz istehsalının artırılması, işlə təmin olunma və digər məsələlərlə bağlı təklif və müraciətlərini diqqətə çatdırıblar. Energetika naziri vətəndaşlar tərəfindən qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün nazirliyin aidiyyəti struktur bölmələrinə müvafiq tapşırıqlar verib.