Körpülər və dəmir yollarına çıxış məhdudlaşdırılmalıdır


Digərləri 15 Okt 2019 14:25:00 260 0

Körpülər və dəmir yollarına çıxış məhdudlaşdırılmalıdır

Dünyada intiharların təxminən 80 faizi aşağı və orta gəlirli ölkələrdə baş verir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə rəhbəri Hande Hermançı Ümumdünya Psixi Sağlamlıq Gününə həsr olunmuş konfransda çıxışı zamanı deyib. Onun sözlərinə görə, hər yaş qrupunda intihar müşahidə edilir:

"Dünyada intiharların yarıdan çoxu 45 yaşına qədər insanlar arasında müşahidə edilir. İntihar edən yeniyetmələrlərin 90 faizi aşağı və orta gəlirli ölkələrdəndir. 15-29 yaşlar arasında ölümlərin ikinci əsas səbəbi intihardır".

İntiharın hər iki cinsə təsiri barədə danışan H.Hermançi bildirib ki, yüksək gəlirli ölkələrdə kişilər qadınlardan üç dəfə daha çox intihar nəticəsində dünyasını dəyişir:

"Aşağı və orta gəlirli ölkələrdə intihar edən qadın kişi nisbəti bərabərə yaxındır. Psixi sağlamlıq problemləri yaşayanlar, xəstəlikdən əziyyət çəkənlər, spirtli içki və narkotikdən istifadə edənlər intihar üçün xüsusi risk faktorudur. Risk faktoruna, həmçinin münaqişə, fəlakət, zorakılıq, travma və ya sui-istifadə, itki və ya təcrid olunma hallarının təsirinə məruz qalan insanlar, qaçqınlar, miqrantlar, yerli xalqlar, cinsi azlıqlar, məhbuslar daxildir".