"İbtidai iş metodikası heç bir halda 5 yaşlılar üçün tətbiq edilməməlidir"


Digərləri 15 Okt 2019 13:53:00 334 0

"İbtidai iş metodikası heç bir halda 5 yaşlılar üçün tətbiq edilməməlidir"

Məktəbəhazırlıq qruplarında işə cəlb edilmiş müəllimlər ibtidai iş metodikasını heç bir halda 5 yaşlılarla işin təşkilinə tətbiq etməməlidir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu "Bakı təhsili: uğurlar və hədəflər" mövzusunda konfransda çıxış edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev deyib.

Onun sözlərinə görə, bu yaşda uşaqların fiziki, emosional, intellektual səviyyəsi 6-7 yaşlı uşaqlardan fərqlənir. Buna görə də məktəbəhazırlıq qruplarında təcrübəli, bacarıqlı, daha intellektual və peşəkar ibtidai sinif müəllimlərinə üstünlük verilir.

R.Tağıyev qeyd edib ki, 2019-2020-ci tədris ilində isə paytaxtdakı 268 ümumi təhsil müəssisəsi üzrə 977 məktəbəhazırlıq qrupuna 26 189 uşaq cəlb olunub: