“Qərbi Çıraq” platformasından hasilat dayandırılıb


Digərləri 15 Okt 2019 13:51:25 251 0

“Qərbi Çıraq” platformasından hasilat dayandırılıb

Oktyabrın 15-dən “Qərbi Çıraq” platformasından hasilat təxminən 15 günlük dayandırılıb.

Bakı. Oktyabrın 15-dən “Qərbi Çıraq” platformasından hasilat təxminən 15 günlük dayandırılıb. Trend-in məlumatına görə, buna səbəb platformada inspeksiya və layihə işlərinin effektiv aparılmasıdır. Proqrama məşəl və idarəetmə sistemlərinin yeniləşdirilməsi kimi müxtəlif layihə işləri daxildir. Bu əməliyyat “Azəri-Çıraq-Dərinsulu Günəşli” (AÇG) üzrə illik iş proqramına, büdcəyə və hasilat planına daxil edilib.