Okeanın ortasında yerləşən Yaponiya susuz qaldı - SƏBƏB?


Digərləri 15 Okt 2019 10:22:00 245 0

Okeanın ortasında yerləşən Yaponiya susuz qaldı - SƏBƏB?

Yaponiyanın 13 rayonunda təxminən 130 min mənzil və fərdi evdə su təchizatı kəsilib.

Bakı. Yaponiyanın 13 rayonunda təxminən 130 min mənzil və fərdi evdə su təchizatı kəsilib. Trend-in məlumatına görə, buna səbəb ölkədə tüğyan edən "Haqibis" qasırğasının əsas su xəttini zədələməsi olub. Qasırğa nəticəsində eləcə də elektrik təchizatında problem yaranıb. Təxminən 34 min mənzilin də işıqsız qaldığı qeyd edilir. Qasırğadan daha çox ziyan çəkmiş rayonlarda 230-dan çox məktəb, onlarla supermarket işini dayandırıb, 120-dən çox bankomat sıradan çıxıb. Ümumi dəyən ziyan hazırda hökumət tərəfindən hesablanır.