Onlarla Boeing təyyarələrində çatlar aşkarlanıb


Digərləri 15 Okt 2019 08:21:00 280 0

Onlarla Boeing təyyarələrində çatlar aşkarlanıb

Müfəttişlər onlarla "Boeing 737 Next Generation" tipli təyyarələrində təhlükəli çatlar aşkarlayıblar. Qüsur hər iyirminci təyyarədə qeydə alıb.

Son.az chip.az-a istinadən bildirir ki, çatlar əsasən təyyarələrin gövdəsi ilə qanadının birləşməsində aşkarlanıb. Ümumilikdə dünya miqyasında sınaqdan keçirilmiş 810 "Boeing 737 Next Generation" təyyarəsindən 38-də ciddi nasazlıqlar müşahidə olunub.

"Boeing" şirkətindən bildirilib ki, nasaz laynerlər təmirə göndəriləcək. ABŞ-da uçuşlar yerinə yetirən bütün bu təyyarələr artıq uçuşlardan kənarlaşdırılıb.

Mütəxəssislərin fikrincə, hər bir təyyarədə qüsurların aradan qaldırılması üçün orta hesabla 60 gün vaxt tələb olunacaq.

(adsgarden = window.adsgarden || []).push({});