Tibb tarixində istifadə edilən qeyriadi alətlər FOTO


Digərləri 14 Okt 2019 22:15:00 359 0

Tibb tarixində istifadə edilən qeyriadi alətlər  FOTO

Keçmiş əsrlərdə yaşadığınızı və cərrahın sizi narkozsuz əməliyyat etdiyini düşünün. Əməliyyat müddətində heç hərəkət etmədən, ya da qışqırmadan dayana bilərdinizmi?

Keçmişdə istifadə edilən və bu gün tibdə rast gəlmədiyimiz tibbi alətlər həmin dövrdə yaşayan insanların nə hisslər keçirdiyinə dair sizdə az da olsa təsəvvür yaradacaq.

Son.az bildirir ki, medicina.az illər, hətta əsrlər əvvəl istifadə edilmiş tibbi alətləri araşdırıb. Həmin alətləri sizə təqdim edirik. 

Osteotom (Sümük kəsən)

Osteotom adlı bu alət 1830-cu illərdə Bernhard Heine tərəfindən ixtira edilib. Hər nə qədər ağac budayan qayçı təsəvvürü yaratsa da, cərrahi əməliyyatlarda istifadə olunurdu.

Cərrahlar osteotomun köməyilə sümüklərə zərər vermədən, daha az güc və daha az vaxt sərf edərək xəstəni əməliyyat edə bilərdi.

Sidik kanalı genişləndirici

Əgər xəstənin sidik kanalı sidik axımını həyata keçirə bilməyəcək dərəcədə daralıbsa, həkimlər həmin bu alətdən istifadə edirdilər. Başlıca olaraq qarşı tərəfindəki vint açılır və alətin hər iki tərəfi bir-birindən ayrılırdı. Bu vasitəylə sidik kanalı da mümkün olduğu qədər genişlənirdi.

Diş modeli

Bu növ avadanlıqlar stomatologiya sahəsinə marağı olan və ya hazırlaşanların praktiki biliyə sahib olması üçün istifadə edilirdi. 30-cu illərdə istifadə edilən və çoxda xoş görünməyən bu diş modeli H. R. Gigerin "Alien" filmi üçün hazırladığı dizaynlara bənzəyir. Alüminumdan hazırlanan bu modelin hal-hazırda harada saxlanıldığı bəlli deyil.

Boğaz Vəzi Gilyotini

Antibiotiklər kəşf edilməzdən öncə viruslar insan ölümünə səbəb olurdu. Boğazda olan vəzilərdəki iltihablar və bu iltihabın səbəb olduğu anginaya bənzər digər boğaz xəstəliklərini müalicə etmək üçün Boğaz vəzi Gilyotini alətindən istifadə edilirdi.

Babasil Məngənəsi

Babasili müalicə etmək üçün dərmanlar olmayan vaxtlar xəstəlik ciddi problem yaradırdısa, damar toxuması ya bağlanırdı, ya da əməliyyatla kəsilib götürülürdü.  Elə bu məngənə də həmin əməliyyatda istifadə edilirdi.

Əzici

(adsgarden = window.adsgarden || []).push({});