Putin kral Salmana qızılquş hədiyyə etdi


Dünya 14 Okt 2019 20:39:00 279 0

Putin kral Salmana qızılquş hədiyyə etdi

Səudiyyə Ərəbistanında səfərdə olan Rusiya Prezidenti Vladimir Putin kral Salman bin Əbdüləziz əl Səuda Kamçatka qızılquşu hədiyyə edib.

Son.az Trend-ə istinadən bildirir ki, V.Putin bu yırtıcı quşların Kamçatkada xüsusi olaraq yetişdirildiyini deyib.

Rusiya prezidenti dişi qızılquşa Alfa adının verildiyini bildirib.

Kral Salman bunun əvəzində V.Putinə şəkil hədiyyə edib.