Nursultan Nazarbayev Azərbaycana gəlib (FOTO)


Digərləri 14 Okt 2019 16:45:00 234 0

Nursultan Nazarbayev Azərbaycana gəlib (FOTO)

Qazaxıstanın birinci Prezidenti, Türk Şurasının fəxri sədri Nursultan Nazarbayev Azərbaycana gəlib

Bakı. Qazaxıstan Respublikasının birinci Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəxri sədri Nursultan Nazarbayev Şuranın VII Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 14-də Azərbaycan Respublikasına səfərə gəlib. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Nursultan Nazarbayevi hava limanında Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşıladılar. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin