Hacıqabulda “Mercedes”lə toqquşan yük maşınının sürücüsü xəstəxanada ölüb


Digərləri 14 Okt 2019 15:05:16 263 0

Hacıqabulda “Mercedes”lə toqquşan yük maşınının sürücüsü xəstəxanada ölüb

Hacıqabul şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Bakı. Hacıqabul şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, oktyabrın 13-də saat 18 radələrində Hacıqabul şəhəri ərazisində Quba rayon sakini İ.İsrafilovun idarə etdiyi “Mercedes” və Füzuli rayon sakini Qəfər Hüseynovun idarə etdiyi “KamAZ-5320” markalı avtomobillər toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilmiş Q.Hüseynov orada ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.