Bakı Ali Neft Məktəbində növbəti “TEDxBHOS” konfransı keçirilib


Digərləri 14 Okt 2019 13:43:00 272 0

Bakı Ali Neft Məktəbində növbəti “TEDxBHOS” konfransı keçirilib

Bakı Ali Neft Məktəbinin (BANM) təşkilatçılığı ilə dünyaca məşhur TED layihəsinin "TEDxBHOS" konfransı keçirilib.

Əsas missiyası "Yayılmağa dəyər fikirlər" olan konfransa müxtəlif sahələrdən və universitetlərdən dinləyicilər qatılıb.

Konfransın əsas məqsədi cəmiyyətin müsbət mənada düşüncə tərzini dəyişdirmək və onların fikirlərini yaxşıya doğru inkişaf etdirməkdir.

Bununla yanaşı, konfrans tələbələrə, eləcə də yerli ictimaiyyətə zamanını daha səmərəli bölmək, faydalı çıxışlar vasitəsi ilə təsirli və yenilikçi fikirləri olan yeni insanları tanımaq fürsəti yaradıb.

Son.az bildirir ki, konfransda Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov çıxış edərək Ali Məktəbin tələbələrinin həyata keçirdiyi "TEDxBHOS" konfransında iştirak edən bütün qonaqları salamlayaraq, konfransın qeyri-kommersiya təşkilatı olan TED-in lisenziyası əsasında təşkil edildiyini bildirib. Daha sonra rektor tələbələri ikinci dəfə beynəlxalq miqyaslı bu tədbiri təşkil etdikləri üçün təbrik edib.

"Konfransın gündəliyi olduqca zəngindir. Müxtəlif sahələri təmsil edən, uğurlu karyera hekayələri olan insanlar bugünkü tədbirdə maraqlı təqdimatlarla çıxış edəcəklər. İnanıram ki, Bakı Ali Neft Məktəbinin dəstəyi ilə, Ali Məktəbin tələbələrinin uzunmüddətli əziyyəti bahasına başa gələn konfras iştirakçılar üçün də olduqca faydalı olacaq".

Daha sonra "TEDxBHOS" konfransının bir-birindən maraqlı 6 spikerinin innovativ və motivasiyaedici çıxışları dinlənilib.

Spikerlər arasında  məşhur "ZehinX" platformasının yaradıcısı Fuad Əliyev, SOCAR Türkiyənin Maliyyə Riskləri və Xəzinə Koordinatoru Ali Ağaoğlu, BP şirkətinin Rəqəmsal və ənənəvi kommunikasiyalar üzrə meneceri Turxan Əhmədov, "Benish GPS Azərbaycan" şirkətinin Marketinq direktoru Türkan Fərzəliyeva, Müasir Psixologiya Mərkəzinin müdir müavini, psixoloq-konsultant Aida Nəbiyeva, "EY Azərbaycan" şirkətinin meneceri  Könül Məlikova yer alıb.