Təmir olunan bankın binası uçuldu


Digərləri 14 Okt 2019 11:57:00 196 0

Təmir olunan bankın binası uçuldu

Çində təmiri aparılan bank binası uçulub.

Bakı. Çində təmiri aparılan bank binası uçulub. Trend-in məlumatına görə, uçulan binada ölkənin şimal-şərqində Tszilin vilayətində yerləşən Aqrar Kommersiya Bankının ofisi yerləşib. Xilasedicilər dağıntılar altından 4 nəfəri sağ çıxara biliblər. Onlar müxtəlif dərəcəli bədən xəsarətləri ilə yaxınlıqdakı xəstəxanaya yerləşdirilib. Daha 2 nəfər fəhlənin dağıntılar altında qaldığı bildirilir. Hazırda onların xilas edilməsi üçün operativ iş aparılır.