PakistanƏfqanıstan sərhədində zəlzələ oldu


Dünya 14 Okt 2019 10:55:00 201 0

PakistanƏfqanıstan sərhədində zəlzələ oldu

Əfqanıstanın Pakistanla sərhədinin yaxınlığında yerləşən Bədəşxan əyalətində 5,8 bal gücündə zəlzələ baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Pakistanın Seysmik Fəallığın Milli Monitorinq Mərkəzindən bildiriblər.

Məlumata əsasən, yeraltı təkanların ocağı 157 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alan və dağıntılar barədə məlumat verilməyib.