Tərkidünyalar üçün gözəl ölkə Səyyah FOTO


Digərləri 14 Okt 2019 07:07:00 282 0

Tərkidünyalar üçün gözəl ölkə  Səyyah  FOTO

Aygün Əliyeva: "Bu ölkədə iki nəfər söhbət edərkən, biri anidən rəqsə başlayır"

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Heç vaxt başqa ölkələri görmək həvəsində olmayıb, ancaq 5 il İspaniyanın Madrid şəhərində yaşadıqdan sonra onda səyahət etməyə sevgi yaranıb. Bu gün gəzdiyi ölkələrin sayını belə itirib. Deyir ki, Skandinaviya ölkələrindən başqa, bütün Avropa ölkələrinə səyahət edib. Gəzintilərin çoxu işi ilə bağlı olduğu üçün özünü səyyah hesab etmədiyini deyən müsahibimiz jurnalist Aygün Əliyevadır. Biz onunla Kuba səfəri ilə bağlı həmsöhbət olduq.   - Kubaya səyahətiniz nə vaxta təsadüf etdi?

- Bu ilin mart ayında getmişdim. Səyahətdən əvvəl öyrənmişdim ki, Cənubi Amerikaya səfər etmək üçün ilin ən yaxşı ayı mart ayıdır. Çünki havanın temperaturu nə çox isti, nə də soyuq olur. Belə demək olarsa, mart ayında orada hava ideal olur. Biz əvvəlcə Kolumbiyaya getdik. İkinci ölkə olaraq isə Kubanı seçdik. Kubanın ən böyük və paytaxt şəhəri Havanada oldum. Bildiyiniz kimi, Kuba dünyada kommunizm ideyaları ilə idarə olunan ölkələrdən biridir. Ölkə olaraq Kuba mənim çox xoşuma gəlmişdi.   - Görməyənlər üçün Kubanı necə təsvir edə bilərsiniz?

- İlk növbədə onu deyə bilərəm ki, təbiət Kubanı çox gözəl bir ərazidə - Meksika körfəzində yerləşdirib. Məncə, uzun illər kommunizm rejimi olmasaydı, bu ölkədə daha böyük nailiyyətlər əldə oluna bilərdi. Hazırda iqtisadi baxımdan Kuba geridə qalan ölkələr sırasındadır. Amma turizm bu ölkədə sürətlə inkişaf edir. Havanada həddən artıq çox turistə rast gəldik. Çoxlu sayda restoranlar, əyləncə mərkəzləri fəaliyyət göstərir. Ölkənin iqlimi çox gözəl olduğuna görə, turistlər buraya axın edir. Axşamları sərin, gündüzlər isə yandırıcı olmayan mülayim istilik var. Turistlər əsasən Şimali Amerika və Cənubi Amerika ölkələrindən gəlir. Həmçinin, Rusiyadan buraya çoxlu sayda turist axın edir. Çünki Rusiya üçün viza rejimi tətbiq olunmayıb. Kubada çoxlu sayda fransız turistlərinə rast gəlmək olur.

- Neçə günlük səfər oldu?

- Bu ölkəyə səyahət etməyi çoxdan arzulayırdım. Oraya həyat yoldaşımla səfər etdim və cəmisi altı gün qaldıq. Məncə, altı gün nəinki ölkəni, hansısa şəhəri  kəşf etmək üçün də kifayət etməz. Bir ölkəni kəşf etmək istəyirsinizsə, o ölkənin təkcə şəhərlərinə yox, kəndlərinə, arxa küçələrinə də baxmaq lazımdır. Təkcə paytaxt şəhəri ilə ölkə kəşf etmək mümkün deyil. Çünki paytaxt hər zaman turistlər üçün nəzərdə tutulur. İnsanları tanımaq üçün paytaxtdan kənar ərazilərə getmək lazım gəlir. Bu isə ən azı 15-20 gün vaxt tələb edir.    - Ölkədə diqqətinizi ilk çəkən nə oldu?

- Kubada diqqətimi çəkən əsas məqamlardan biri internetin yox səviyyəsində olması idi. Həmçinin, internetin qiyməti çox bahadır. 10 dollara 1 və ya 2 saatlıq istifadə haqqı üçün internet ala bilərsiniz. Amma sürət çox zəifdir. Müqayisə üçün deyə bilərəm ki, Azərbaycanda internetin 15 il əvvəlki sürəti ilə eyni səviyyədədir. Orada siz istədiyiniz saytlara daxil ola bilməzsiniz. Bu məsələdə ciddi senzura tətbiq olunur. Həmçinin, bu ölkədə turistlər üçün ayrıca pul vahidi var. Belə bir halla ilk dəfə rastlaşırdım. Turistlər üçün nəzərdə tutulan kuk adlı pul vahidi bir dollara bərabərdir. Yerli vətəndaşlar isə peso pul vahidindən istifadə edir. 100 pesso 1 dollara bərabərdir. Qiymətlər arasında fərqi belə izah edə bilərəm ki, turistlər üçün şirin çörəklərin beşi bir dollardırsa, yerlilər üçün 5 çörək 5 pesoyadır.    - Necə düşünürsünüz, bu ölkə gəzmək üçün yaxşıdır, yoxsa yaşamaq üçün də getmək olar?

- Düşünürəm ki, Kubada yaşaya bilmərəm. Orada elə bir mühit var ki, özünü 80-90-cı illərdə hiss edirsən. Yeni texnologiyaların fonunda Kubada yaşamaq qeyri-mümkündür. Səyahətimizin ilk 3 günündə acgözlüklə ölkəni tanımağa çalışırdıq. 4-cü gün isə internet olmadığına görə, istər-istəməz sıxılmağa başlayırsan. İndiki dövrdə ətraf aləmlə ünsiyyətimiz, bank hesablarımız, ailə üzvlərimizlə, ümumiyyətlə, bütün əlaqə vasitələrimiz internet üzərindən olur. Bu gün demək olar ki, həyatımızın 70 faizi internetdən asılıdır. Kubada insan özünü adaya düşən Robinzon Kruzo kimi hiss edir. Çünki burada ətraf aləmdən təcrid olursan. Hərdən düşünürəm ki, tərki-dünyalar üçün Kuba çox gözəl ölkədir. Kubalılar ətrafda nə baş verdiyindən bir o qədər də xəbərləri olmadıqlarına görə, özlərini xoşbəxt hiss edirlər. Amma xoşbəxtlik anlayışı hər kəs üçün fərqlidir. Yəqin ki, mən də kubalı olsaydım və dünyada gedən proseslərdən xəbərdar olmasaydım, orda xoşbəxt olardım. Ona görə də, deyirlər ki, xoşbəxtlik nisbi anlayışdır.

- Yəqin ki, yerli əhali ilə ünsiyyətdə oldunuz. O insanlardan necə bir enerji aldınız?