İnsanda həm xof olmalıdır, həm də ümid


Digərləri 13 Okt 2019 21:45:00 248 0

İnsanda həm xof olmalıdır, həm də ümid

Əmirəl-möminin (ə) buyurur: "İnsanların arasında elə kəslər vardır ki, nəfsani istəklərinin ardınca gedər və günaha batar. Ancaq öz gümanı ilə iddia edər ki, Allaha ümidi vardır.

Böyük Allaha and olsun ki, yalan deyər. Necə ola bilər ki, Allaha ümidi əməl və rəftarında büruzə olunmaz? Hər kimin Allaha ümidi olar - ümidvar olmağı əməlində tanınar. Allahdan qeyrisinə olan heç bir ümid xalis deyildir.

Hər bir qorxunun təsiri hər bir kəsdə sabit olar və həyata keçər.

Allahdan qorxudan başqa ki, təsiri şəxslərdə görünməz. Havayi-nəfsinin ardınca gedən (insanda) İlahi qorxu olmaz. Çünki onun nişanəsi onda aşkar deyildir. Böyük işlərdə Allaha ümidi vardır (axirət, Qiyamət), kiçik işlərdə (dünya və nemətlərində) Allahdan qeyrisinə ümidi vardır və bağlanar. O, Allah bəndəsinə elə ehtiram və təvazökarlıq edər, mal və məqamına görə ona elə hesab edər (ehtiram və hörmət edər) ki, Allahı üçün belə etməz".

(adsgarden = window.adsgarden || []).push({});