Şamaxıda su kanalına düşən heyvan xilas edilib


Digərləri 13 Okt 2019 21:33:53 229 0

Şamaxıda su kanalına düşən heyvan xilas edilib

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Şamaxı rayonunun Qonaqkənd kəndində iribuynuzlu heyvanın su kanalına düşərək orada köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub

Bakı. Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Şamaxı rayonunun Qonaqkənd kəndində iribuynuzlu heyvanın su kanalına düşərək orada köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Nazirlikdən Trend-ə verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən heyvan su kanalından çıxarılıb və sahibinə təhvil verilib.