Somalidə hərbi baza atəşə tutuldu: 7 yaralı


Dünya 13 Okt 2019 21:06:00 307 0

Somalidə hərbi baza atəşə tutuldu: 7 yaralı

Somalida Xalane hərbi bazasının raket atəşinə tutulması nəticəsində ən azı 7 nəfər yaralanıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə "Garowe Online" yerli nəşriyyatı bildirib.

Məlumata əsasən, həmin hərbi baza Moqadişo hava limanın ərazisində yerləşir.

Atışma zamanı üç Afrika Birliyi əsgəri, üç inşaatçı və bir kəşfiyyatçı yaralanıb. Bütün yaralılar müalicə üçün Somalidəki Afrika Birliyi Sülhməramlı missiyasının (AMISOM) xəstəxanasına çatdırılıb.