Dünya və axirətin ən üstün əxlaqı


Digərləri 13 Okt 2019 20:50:00 248 0

Dünya və axirətin ən üstün əxlaqı

Cərrah Mədaini nəql edir: "İmam Sadiq (ə) mənə buyurdu: İstəyirsənmi ki, sənə deyim ən ali əxlaq hansılardır?".

Dedim: "Bəli".

Buyurdu: "Başqalarını əfv etmək, (mömin) qardaşına malından yardım etmək, Allahı çoxlu yada salmaq".

İmamın (ə) nəzərinə görə, əxlaqın ən ali dərəcələri bunlardır: başqalarını bağışlamaq, mömin qardaşına yardım etmək və Allahı zikr etmək. (Tebyan)

1. Başqalarını bağışlamaq. Həzrət Peyğəmbər (s) buyurur: "Dünya və axirətin ən üstün əxlaqını sizə deyimmi? Sənə zülm edənə güzəşt etmək, səninlə əlaqəsini kəsənlə rabitə qurmaq, sənə pislik edənə yaxşılıq etmək, səni məhrum edənə bəxşiş etmək".

(adsgarden = window.adsgarden || []).push({});