Diabetdən qurtulmaq üçün asan yol


Digərləri 13 Okt 2019 19:05:00 307 0

Diabetdən qurtulmaq üçün asan yol

İngiltərənin Kembric Universitetinin alimləri, 2-ci tip diabetlə asan mübarizə yolunu müəyyən edib. Adətən remissiya (xroniki xəstəliklərin zəifləməsi) üçün az karbohidratlı pəhrizdən istifadə olunur, lakin toxumaların insulinə qarşı həssaslığını artırmaq, beş il ərzində çəkinin 10% aşağı düşməsiylə də əldə etmək mümkündür. Bu barədə "Science Alert" məlumat verir.

Son.az deyerler.org-a istinadən bildirir ki, tədqiqatda, yaxın vaxtlarda 2-ci tip diabet diaqnozu qoyulmuş 40 yaşdan 69 yaşa qədər 867 nəfər iştirak etmişdir. Qrupun bir hissəsi müntəzəm tibbi yardım alaraq, qalanları məsləhətləşmələrlə yanaşı tibbi prosedurlardan keçirilmişdir. Beş illik təcrübə dövrünün sonunda tədqiqatda iştirak etmiş 257 nəfərdə (bütün iştirakçıların 30%) remisiya müşahidə edilmişdir.

10% çəki itirən insanlarda, remisiyanın baş verməsi və ya diaqnozun ləğvi şansı, tədqiqat zamanı çəkisi dəyişməyən insanlara nisbətən iki dəfə çox idi. Bu vəziyyətdə ciddi bir pəhrizə riayət etmək və ya həyat tərzini ciddi şəkildə tənzimləmək lazım deyil. Əvvəlki tədqiqatlar göstərmişdir ki, xəstələrin emosional və fiziki cəhətdən 15% və daha çox arıqlamasına nail olmaq çətindir.

(adsgarden = window.adsgarden || []).push({});