Merkel Ərdoğana zəng vurdu “Hücumu dərhal dayandırın”


Dünya 13 Okt 2019 18:46:00 288 0

Merkel Ərdoğana zəng vurdu  “Hücumu dərhal dayandırın”

Almaniyanın nüfuzlu "Die Welt" dərgisi bildirir ki, kansler Angela Merkel "Türkiyəni Suriyada hərbi hücumlara dərhal son qoymağa çağırıb". Bu barədə bazar günü Federal Hökumətin nümayəndəsi açıqlama yayıb.

Son.az musavat.com-a istinadən xəbər verir ki, "Die Welt" bildirir ki, Türkiyənin təhlükəsizlik maraqlarına baxmayaraq keçirilən hərbi əməliyyat yerli əhalinin böyük bir hissəsinin didərgin düşməsinə, bölgədə sabitliyin pozulmasına və İŞİD-in güclənməsinə gətirib çıxara bilər.

Kansler Merkel, Rəcəb Tayyib Ərdoğanın istəyi ilə Türkiyə prezidenti ilə telefon əlaqəsi saxlayıb. Federal Hökumətin yaydığı xəbərdə belə deyilir.

"Danışıq zamanı Türkiyənin hərbi əməliyyatlara başlamasından sonra Suriyanın şimal-şərqindəki vəziyyət diqqət mərkəzində olub. Suriyanın İdlib əyalətindəki vəziyyət və Türkiyənin Aralıq dənizinin şərqində qaz kəşfiyyatı ilə bağlı gördüyü işlərə diqqət yetirilib".

Xristian Demokrat İttifaqı (CDU) lideri Annegret Kramp-Karrenbauerisə daha əvvəl Türkiyənin başladığa hərbi əməliyyatı kəskin şəkildə tənqid etmişdi. NATO tərəfdaşı olan Türkiyənin işğalçı gücə çevrilməsinin qarşısının alınmasından danışmışdı.