İranda ağır qəzada 6 nəfər öldü


Dünya 13 Okt 2019 10:28:00 257 0

İranda ağır qəzada 6 nəfər öldü

İranın cənub-qərbində yerləşən Xuzistan vilayətinin Əhvaz-Xürrəmşəhr yolunda "Pride" markalı avtomobil "Peugeot" markalı avtomobillə toqquşub.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İranın Təcili Yardım Təşkilatının sözçüsü Muctaba Xaledi deyib.

M.Xaledinin sözlərinə görə, hadisə səhər saat 6:00 radələrində qeydə alınıb.

Xaledi əlavə edib ki, yol qəzasında 6 nəfər həlak olub, 3 nəfər yaralanıb.