Gənc azərbaycanlı gimnast: Mürəkkəb elementləri yerinə yetirmək xoşlayıram


Digərləri 13 Okt 2019 07:43:00 296 0

Gənc azərbaycanlı gimnast: Mürəkkəb elementləri yerinə yetirmək xoşlayıram

Milli Gimnastika Arenasında çıxış etməyi çox xoşladım

Bakı. Cani Babayeva - Milli Gimnastika Arenasında çıxış etməyi çox xoşladım. Bunu Trend-ə şənbə günü aerobika gimnastika üzrə Azərbaycan beşinci çempionatının və Bakı çempionatının iştirakçısı, "AyUlduz" klubunun şagirdi Umleyla Soltanova deyib. Soltanova yarışlar haqqında bunları deyib: “Bunlar mənim ilk böyük aerobika gimnastika yarışlarımdır. Milli Gimnastika Arenasında yarışların keçirilməsinə görə çox şadam, çünki burada çıxış etmək çox rahatdır, geniş və işıqlı salon var "deyə o bildirib. Umleyla Soltanovanın dediyinə görə, məşqdə mürəkkəb elementlər olduğuna baxmayaraq, yenə də böyük həvəslə məşğul olur. "Anam gimnastika etməyimi təklif etdi və mən məmnuniyyətlə razılaşdım. Aerobika gimnastikası ilə maraqlanıram. Kompleks elementləri yerinə yetirmək xoşlayıram. Onlar mənim üçün çox yüngül görsənirlər" deyə "AyUlduz" klubun şagirdi deyib. 4 günlük yerli turnirə ilk olaraq bədii gimnastlar start verəcək. İştirakçılar yarışlar ərzində “gənclər”, “yeniyetmələr”, “uşaqlar” və “balacalar” yaş qruplarında medallar uğrunda mübarizə aparacaqlar.