Suriyada 459 terrorçu zərərsizləşdirildi


Dünya 12 Okt 2019 23:56:00 429 0

Suriyada 459 terrorçu zərərsizləşdirildi

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında həyata keçirdiyi "Sülh Çeşməsi Hərəkatı" antiterror əməliyyatı çərçivəsində PKK/PYD və YPG terror qruplaşmalarının 459 terrorçusu zərərsizləşdirilib.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə oktyabrın 9-da Suriyanın şimalında  antiterror əməliyyatına başlayıb.