Yeni Orleanda tikilməkdə olan otelin çökdü


Dünya 12 Okt 2019 23:31:00 447 0

Yeni Orleanda tikilməkdə olan otelin çökdü

Yeni Orleandaki "Hard Rock" Otelində binanın çökməsi nəticəsində bir nəfər ölüb, daha 18 nəfər xəstəxanaya yerləşdirilib.

Son.az Trend-ə istinadən bildirir ki, səlahiyyətlilər hadisə baş verən zaman yarımçıq qalmış otelin içərisində işləyən 45 inşaatçının üçünü axtarır.

Qeyd edək ki, polis və yanğınsöndürənlər insanları tikinti sahəsinin yaxınlığında yerləşən binalardan təxliyə ediblər.