Mançester şəhərinin ticarət mərkəzində 5 nəfər bıçaqlanıb


Digərləri 12 Okt 2019 22:42:00 223 0

Mançester şəhərinin ticarət mərkəzində 5 nəfər bıçaqlanıb

Cümə günü Britaniyanın şimalındakı Mançester şəhərinin ticarət mərkəzində beş nəfər bıçaqlanıb. Polis istintaqın anti-terror müstəntiqləri tərəfindən aparıldığını bildirib.

Bıçaqlanma şəhərin mərkəzindəki Arndale ticarət mərkəzində baş verib. Hadisə yerinə gələn silahlı polis ticarət mərkəzindəki insanları evakuasiya edib.

Mançester şəhərinin Baş Polis İdarəsi 5 nəfərin bıçaqlandığını və xəstəxanaya aparıldığını təsdiq edib. "Hadisənin yeri və xarakterini nəzərə alaraq, istintaqa "Şimal Qərb Terrorla Mübarizə" əməkdaşları rəhbərlik edir" - deyə, polis idarəsi bildirib.

Polisin dediyinə görə, hücumda əli olmaqda şübhəli bilinən 40 yaşlarında bir şəxs həbs edilib. Sosial mediada yayımlanan şəkillərdə polis işçilərinin hadisə yerində bir nəfərə qarşı elektro-şokdan istifadə etdiyini görmək olub.

(adsgarden = window.adsgarden || []).push({});