Çində 5,2 bal gücündə zəlzələ baş verib


Dünya 12 Okt 2019 22:21:00 281 0

Çində 5,2 bal gücündə zəlzələ baş verib

Çin seysmoloji mərkəzi xəbər verir ki, Çinin "Guangxi Zhuang" Muxtar Bölgəsində 5,2 bal gücündə zəlzələ baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, zəlzələ saat 22.55-də Bayleu şəhər rayonunda qeydə alınıb. Zəlzələnin episentri 10 kilometr dərinlikdə yerləşib.

Dağıntı və xəsarətlər barədə məlumat alınmayıb.