Payızın ən faydalı meyvələrində biri


Digərləri 12 Okt 2019 21:40:00 268 0

Payızın ən faydalı meyvələrində biri

Payız mövsümünün meyvələrindən biri də feyxoadır. Feyxoa meyvəsinin əhəmiyyətli xüsusiyyətlərindən biri, yodla zəngin olmasıdır. Feyxoa ən çox yod ehtiyatı olan bitkilərdəndir. Amma feyxoanın faydalı xüsusiyyətləri bununla bitmir.  

Son.az e-tibb.az-a istinadənfeyxoanın faydaları ilə bağlı ümumi cərrah, proktoloq Ellada Manafovanın fikirlərini təqdim edir.

Kimlər feyxoanı bol yeməlidir?

1. Qəbizlik, həzm, mədə-bağırsaq problemləri olanlar

Feyxoanın ləti liflərlə zəngin olduğu üçün bağırsaqların peristaltikasını artırır, mədə şirəsi  hasilini tənzimləyir. Qəbizliyə qarşı ideal meyvədir. Eləcə də yoğun və düz bağırsaq şişləri ilə mübarizə aparır.

Bir fincan feyxoada 16 qram lif var, bu da qarında köpmə, həzmsizlik üçün faydalıdır.

2. Ürək-damar xəstəlikləri, xolesterin problemi, yüksək təzyiq

Feyxoa kalsiumla zəngin olduğu üçün hipertenziya riskini azaldır. Damarları rahatladır, boşaldır, təzyiqi normallaşdırır. Eləcə də feyxoada olan C, B 6 vitamini ürəyin işi üçün vacibdir. Gün ərzində bir-iki ovuc feyxoa yemək bu dozanı ödəyir, infarkt, ürəyin işemik xəstəliklərinə qarşı təsirlidir.

3. İnfeksiyalarla mübarizə aparır

Gündə cəmi 3 ədəd feyxoa yemək kifayətdir ki, immun sisteminə infeksiyalarla mübarizədə dəstək verəsiniz. C vitamini ilə zəngin antioksidantdır. Antivirus və xərçəng əleyhinə təsiri ilə məşhurdur.

4. Sinir sistemini möhkəmləndirir

Feyxoanın tərkibində olan fol turşusu Alsheymer kimi xəstəliklərin qarşısını alır. Feyxoa beyin qan dövranını yaxşılaşdırır, yaddaşı gücləndirir, neyron aktivliyi artırır.

5. Hamilələr üçün çox vacibdir

(adsgarden = window.adsgarden || []).push({});