Bugatti Chiron 515 km/saata qədər sürətlənə bilər VİDEO FOTO


Digərləri 12 Okt 2019 21:30:00 237 0

Bugatti Chiron 515 km/saata qədər sürətlənə bilər  VİDEO  FOTO

Bir müddət bundan öncə, Bugatti şirkətinin xüsusi hazırlanmış Chiron hiperkarı ilə 300 mil/saat həddini keçərək, yeni sürət rekorduna imza atdığını yazmışdıq. Fransız markası rekordun qeydə alınması barədə məlumatla bölüşüb.

Fransız markası rekord cəhdinin Volkswagen şirkətinin Era-Lessin poliqonunda həyata keçirildiyini bildirib. Bugatti şirkəti Aşağı Saksoniyadakı treki təsadüfən seçməyib. Şirkət nümayəndələrinin sözlərinə görə, bu poliqonun seçilməsinin əsas səbəbi təhlükəsizlik olub. Era-Lessindəki üçzolaqlı trekin uzunluğu 21 kilometr təşkil edir. Trek qəza manələri ilə təchiz edilib, onun şimal və cənub uclarında xilasetmə briqadaları növbə çəkir. Üstəlik, hər bir yürüşdən sonra örtük təmizlənir.

Lakin, söhbət sürət yürüşlərindən gedirsə, Era-Lessindəki trekin mühüm çatışmamazlığı var: trek dəniz səviyyəsində 50 metr hündürlükdə yerləşir və burada hava kütəsinin təzyiqi bir kvadrat santimerə 1,033 kiloqram təşkil edir. Bu Koenigsegg şirkətinin sürət rekordunu qeydə aldığı Nevadadakı trasda olduğundan dəfələrlə çoxdur. Amerikadakı tras dəniz səviyyəsindən 1000 metr hündürlükdə yerləşir və havanın təzyiqi, müvafiq olaraq, bir kvadrat santimetrə 0,908 kiloqram təşkil edir. Təzyiqin və hava kütləsinin sıxlığının azalması aerodinamik müqaviməti də azaldır. Bu səbəbdən də avtiomobil daha asanlıqla və yeyin sürətlənir.

Bugatti mühəndislərinin hesablamalarına görə, Nevadada Chiron öz göstəricisini 25 km/saat yaxşılaşdıra və 515 km/saata qədər sürətlənə bilərdi. Lakin, fransız markası bu etməmək qərarına gəlib. Birincisi, təhlükəsizlik məsələləri, ikincisi isə, kiçik enişin olmasıdır ki, bu da rekordu o qədər də "təmiz" etməyəcəkdir.

Xatırladaq ki, 2 sentyabr tarixində Era-Lessin poliqonunda Bugatti Chiron Sport 300 mil/saat həddini keçərək 304,773 mil/saata (490,484 km/saat) qədər sürətlənib. Rekord yürüşündə iştirak etmiş hiperkarın "seriya modelinə yaxın olduğu" bildirilir. Avtomobili Dallara firması ilə birlikdə təkmilləşdirərək, onun kuzovunun uzunluğunu 25 santimetr artirib, klirensini azaldıb və mühərrikinin hasilatını 100 at qüvvəsi yüksəldiblər. Təsdiq edilməmiş məlumata görə, Bugatti Chiron modelinin Super Sport modifikasiyası məhz belə xarakteristikalara  malik olacaqdır.

(adsgarden = window.adsgarden || []).push({});