Audi RS7 Sportback liftbek kuzovlu RS6 Avant VİDEO FOTO


Digərləri 12 Okt 2019 21:01:00 62 0

Audi RS7 Sportback  liftbek kuzovlu RS6 Avant  VİDEO  FOTO

Bildiyimiz kimi, Audi şirkəti bu ilin sonuna kimi Audi Sport bölməsinin məhsulu olan altı yeni modeli təqdim etməlidir. Onlardan biri - Audi RS6 Avant modeli artıq debüt edib, digərinin debütü isə, bu gün Frankfurt avtosalonunda baş tutmalıdır. Qarşılayın - yeni Audi RS7 Sportback.

Əslində, Audi RS7 Sportback modelinin liftbek kuzovlu RS6 Avant modelinin olduğunu söyləsək yanılmarıq. Hər iki avtomobil nəinki eyni simaya, həmçinin eyni texniki hissəyə və avadanlıq siyahısına malikdirlər. Yeni aerodinamik kuzov dəsti sayəsində RS7 Sportback adi liftbekdən 4 sm enli alınıb.

Son.az autograph.az-a istinadən bildirir ki, Audi RS6 Avant modeli kimi RS7 Sportback da 4,0-litrlik V8 biturbomühərriki ilə hərəkətə gəlir. Təkmilləşdirilmiş mühərrik 600 at qüvvəsi və 800 Nm fırlanma anı hasil edir. Bu əvvəlki modeldə olduğundan 40 at qüvvəsi və 100 Nm çoxdur. Yeni mühərrik 48-voltluq startyor-generator, səkkiz pilləli "avtomat" və quattro tam ötürməsi ilə tandemdə çalışır.

Yeni Audi RS7 Sportback modeli 100 km/saat həddinə 3,6 saniyəyə sürətlənir. "Bərkgedən" liftbekin maksimal sürəti elektronika tərəfindən 250 km/saat həddində məhdudlaşdırılıb. Əlavə ödənişlə, bu həddi 280 və ya 305 km/saata qədər çəkmək olar. RS7 Sportback modelinin  hərəkət rejimləri komfort, avtomatik, dinamik, qənaətcil və iki tənzimlənən RS1 və RS2 rejimlərindən ibarətdir. Sürücü pedalın, sükan idarəetməsinin, asqının həssaslığını və buraxılış sisteminin səsini öz zövqünə uyğun tənzimləyə bilər.

Yeni nəsil Audi RS7 Sportback modelinin standart təchizatına 21 və 22-düymlük təkər diskləri, aktiv arxa spoyler, qırmızı supportları, öndə 440 mm, arxada isə, 420 mm diskəri olan karbon-saxsı əyləc mexanizmləri, aktiv arxa differensial, tam idarələnən şassi və idman xarakteristikalarına malik olan pnevmoasqı daxildir. Sonuncu sistem yüksək olmayan sürətlərdə kuzovu 20 mm yuxarı qaldırır, 120 km/saat həddinin üzərindəki sürətlərdə isə, klirens avtomatik olaraq 10 mm azaldılır. Əlavə ödənişlə, elektronika ilə idarələnən Dynamic Ride Control amortizatorlarını və dartma vektoruna nəzarəti həyata keçirən quattro sport differensialını sifariş etmək olar.

(adsgarden = window.adsgarden || []).push({});
Göz üçün faydalı qidalar like
  • 12 Okt 20:57  
Digərləri Göz üçün faydalı qidalar

Qeyri-sağlam qidalanma, ekoloji amillər bütün orqanlara, o cümlədən də g

arrow Ətraflı
Xalq təbabəti mastopatiyanı necə müalicə edir? like
  • 12 Okt 20:55  
Digərləri Xalq təbabəti mastopatiyanı necə müalicə edir?

Mastopatiya süd vəzinin xoşxassəli şiş xəstəliyidir. Əsasən 25-50 yaş

arrow Ətraflı
İdman edəndə beyin yorulur? like
  • 12 Okt 20:50  
Digərləri İdman edəndə beyin yorulur?

Fransız və ingilis alimləri müəyyən ediblər ki, fiziki tapşırıqlar zam

arrow Ətraflı
Hamiləlik zamanı qidalanma like
  • 12 Okt 20:47  
Digərləri Hamiləlik zamanı qidalanma

Körpənin sağlamlığının təməli ana bətnində qoyulur. Buna isə yalnız

arrow Ətraflı
Deafferentasiya sindromu like
  • 12 Okt 20:45  
Digərləri Deafferentasiya sindromu

Hissi sinirlər vasitəsilə mərkəzi sinir sisteminə gələn impulsların kə

arrow Ətraflı
Xərçəngdən qoruyan Narşərabın 10 faydası – like
  • 12 Okt 20:42  
Digərləri Xərçəngdən qoruyan Narşərabın 10 faydası –

Azərbaycanın adı ilə bağlı, öz icadımız və nemətimiz olan narşərab

arrow Ətraflı
Bel yırtığı haqqında doğru bilinən yanlışlar like
  • 12 Okt 20:40  
Digərləri Bel yırtığı haqqında doğru bilinən yanlışlar

Hər gün minlərlə xəstə bel yırtığı xəbərçisi ola biləcək bel və

arrow Ətraflı
Evinizdə olanlarla özünüzü müalicə edə bilərsiniz, like
  • 12 Okt 20:35  
Digərləri Evinizdə olanlarla özünüzü müalicə edə bilərsiniz,

Zeytun. Əgər maşınla uzaq yola çıxdıqda siz ürəkbulanma və qusmadan

arrow Ətraflı
Yeni Defender Frankfurtda debüt edib  VİDEO  FOTO like
  • 12 Okt 20:30  
Digərləri Yeni Defender Frankfurtda debüt edib VİDEO FOTO

Bu gün Frankfurtda işinə başlamış avtosalonda Land Rover şirkəti əfsan

arrow Ətraflı
Ədviyyatların müalicəvi xüsusiyyətləri like
  • 12 Okt 20:29  
Digərləri Ədviyyatların müalicəvi xüsusiyyətləri

Cirə, hil, zəncəfil, vanil, mixək, darçın... Ədviyyatlar yeməklərə xü

arrow Ətraflı
Skopyedə Dünya Şotokan Federasiyasının Avropa çempionatı keçiriləcək like
  • 12 Okt 20:27  
Digərləri Skopyedə Dünya Şotokan Federasiyasının Avropa çempionatı keçiriləcək

Noyabrın 1-dən 3-dək Şimali Makedoniyanın paytaxtı Skopyedə Dünya Şotok

arrow Ətraflı
Vilayət Eyvazov DİNin Məktəbinın təqdimatında oldu  FOTO like
  • 12 Okt 20:26  
Digərləri Vilayət Eyvazov DİNin Məktəbinın təqdimatında oldu FOTO

Oktyabrın 12-də Daxili İşlər Nazirliyinin (DİN) Arif Heydərov adına Sır

arrow Ətraflı
Mədənin xroniki eroziyaları like
  • 12 Okt 20:25  
Digərləri Mədənin xroniki eroziyaları

Mədənin xroniki eroziyaları kəskin eroziyalardan xəstələrə kliniki əlam

arrow Ətraflı
Qastroenterit sindromu like
  • 12 Okt 20:20  
Digərləri Qastroenterit sindromu

Qastroenterit sindromunun yaranmasına infeksion xəstəliklər və infeksiyalar

arrow Ətraflı