Pentaqon Türkiyəni Suriyadakı əməliyyatlarını dayandırmağa çağırıb


Digərləri 12 Okt 2019 20:11:00 256 0

Pentaqon Türkiyəni Suriyadakı əməliyyatlarını dayandırmağa çağırıb

Pentaqon Türkiyəni Suriyadakı əməliyyatlarını dayandırmağa çağırıb.

ABŞ-ın Müdafiə Nazirliyi hərbi əməliyyatların İslam Dövlətinə qarşı mübarizədəki inkişaflara mane olduğunu və ABŞ qüvvələrinə təhlükə yaratdığını bildirib.

Bu, çərşənbə günü Suriya əməliyyatlarına başlayan Türkiyəyə qarşı Pentaqonun ən sərt mövqeyidir.

Əməliyyatlardan əvvəl Pentaqon Amerikanın ABŞ ordusunun buna dəstək verməyəcəyini bildirmiş, lakin açıq şəkildə Türkiyənin əməlini tənqid etməmişdi.

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, Prezident RəcəbTayyib Ərdoğan cümə günü Türkiyənin heç nədən asılı olmayaraq Suriyanın şimalındakı kürd döyüşçülərinə qarşı əməliyyatı dayandırmayacağını deyib. "Suriya Demokratiok Qüvvələrinə qarşı atdığımız addımdan geri çəkilməyəcəyik ... Kimin nə deməsindən asılı olmayaraq hücumları dayandırmayacağıq" deyə, o bildirib.

ABŞ prezidenti Donald Tramp isə əməliyyatı "pis ideya" adlandıraraq, Amerikanın məsələyə müdaxilə etməyəcəyini bildirib.

(adsgarden = window.adsgarden || []).push({});