Skopyedə Dünya Şotokan Federasiyasının Avropa çempionatı keçiriləcək


Digərləri 12 Okt 2019 20:27:00 281 0

Skopyedə Dünya Şotokan Federasiyasının Avropa çempionatı keçiriləcək

Noyabrın 1-dən 3-dək Şimali Makedoniyanın paytaxtı Skopyedə Dünya Şotokan Federasiyasının (WSF) növbəti Avropa çempionatı keçiriləcək.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, yarışda 30-dək ölkədən 2500-dən artıq karateçi iştirak edəcək.

Qitə çempionatında Azərbaycan karateçiləri də qüvvələrini sınayacaqlar.

Yarış ərəfəsində təşkilatın İdarə Heyətinə yeni üzvlərin qəbul olunması nəzərdə tutulub. Yığıncaqda WSF-i inkişaf etdirmək məsələləri gündəmə gətiriləcək.