Ədviyyatların müalicəvi xüsusiyyətləri


Digərləri 12 Okt 2019 20:29:00 68 0

Ədviyyatların müalicəvi xüsusiyyətləri

Cirə, hil, zəncəfil, vanil, mixək, darçın... Ədviyyatlar yeməklərə xüsusi dad və ətir verir. Lakin bununla yanaşı, ədviyyatlar bir çox xəstəliklərə qarşı mübarizədə də faydalıdır.

Son.az AZƏRTAC-a istinadən ədviyyatların müalicəvi xüsusiyyətləri barədə məlumat verir.

Cirə. Ədviyyat bitkinin toxumları qurudularaq hazırlanır. Cirə yağı soyuqdəymə və öskürək, mədə-bağırsaq pozulmaları (qıcqırma, gəyirmə), yuxusuzluq zamanı çox təsirlidir.

Badyan (ulduzvarı cirə). Ulduzabənzər toxumları ilə tanınan bu ədviyyatdan çox vaxt bəzək məqsədilə istifadə edirlər. Dadı cirəyə nisbətən acıdır. Ədviyyat mədə pozulmaları və soyuqdəymə zamanı faydalıdır, böyrəklərin fəaliyyətini yaxşılaşdırır.

Mixək. Tərkibindəki evgenol maddəsi sayəsində mixəkdən ağrıkəsici və antiseptik vasitə kimi istifadə olunur. Mixəyin efir yağı bakteriyaların, göbələyin və virusların yayılmasının qarşısını alır, həzm sisteminin fəaliyyətini möhkəmləndirir. İspaniyalı alimlər müəyyən ediblər ki, mixəyin tərkibində antioksidant, iltihabəleyhinə xassəyə malik olan xeyli fenol birləşmələri var. Mütəxəssislərin sözlərinə görə, bu maddələr xərçəngi əmələ gətirən sərbəst radikalların vurduğu zədələrdən müdafiə edir.

Darçın. Darçın bağırsaq fəaliyyətinə çox yaxşı təsir edir, mədə şirəsinin ifrazına şərait yaradır, bununla da həzmi yaxşılaşdırır. Darçından həm də revmatizm və artrit ağrıları zamanı istifadə edilir. Bu ədviyyat qan dövranını yaxşılaşdırır, insanı sakitləşdirir.

Zəncəfil. Bu ədviyyat iştahanın pozulması və qıcqırma zamanı çox faydalıdır. Zəncəfil həm də öd kisəsi və mədəaltı vəzinin fəaliyyətinə öz müsbət təsirini göstərir. Ədviyyat, həmçinin qızışdırıcı xassəyə malikdir: siz zəncəfilli çay içdikdən 3-4 dəqiqə sonra tərləməyə başlayacaqsınız. Belə çay soyuqdəymə zamanı çox xeyirlidir.

Hil. Bu ədviyyat da zəncəfil ailəsinə aid edilir və antibiotik xassəsinə malikdir. Hil bu baxımdan sidik yollarının infeksiyası ilə mübarizədə faydalıdır. Hil, həmçinin mədə-bağırsaq problemlərində effektlidir, maddələr mübadiləsini və həzmi tənzimləyir, köpü aradan qaldırır. Bundan başqa, hil əsəb sisteminə müsbət təsiri ilə - yaddaşı möhkəmlətmək və əhval-ruhiyyəni yaxşılaşdırmaq xassəsi ilə də tanınıb.

(adsgarden = window.adsgarden || []).push({});
Skopyedə Dünya Şotokan Federasiyasının Avropa çempionatı keçiriləcək like
  • 12 Okt 20:27  
Digərləri Skopyedə Dünya Şotokan Federasiyasının Avropa çempionatı keçiriləcək

Noyabrın 1-dən 3-dək Şimali Makedoniyanın paytaxtı Skopyedə Dünya Şotok

arrow Ətraflı
Vilayət Eyvazov DİNin Məktəbinın təqdimatında oldu  FOTO like
  • 12 Okt 20:26  
Digərləri Vilayət Eyvazov DİNin Məktəbinın təqdimatında oldu FOTO

Oktyabrın 12-də Daxili İşlər Nazirliyinin (DİN) Arif Heydərov adına Sır

arrow Ətraflı
Mədənin xroniki eroziyaları like
  • 12 Okt 20:25  
Digərləri Mədənin xroniki eroziyaları

Mədənin xroniki eroziyaları kəskin eroziyalardan xəstələrə kliniki əlam

arrow Ətraflı
Qastroenterit sindromu like
  • 12 Okt 20:20  
Digərləri Qastroenterit sindromu

Qastroenterit sindromunun yaranmasına infeksion xəstəliklər və infeksiyalar

arrow Ətraflı
Əfsanəvi “Beryozka” ansamblı Bakıda konsert proqramı ilə çıxış edib  FOTO like
  • 12 Okt 20:18  
Digərləri Əfsanəvi “Beryozka” ansamblı Bakıda konsert proqramı ilə çıxış edib FOTO

Oktyabrın 11-də Nadejda Nadejdina adına "Beryozka" Dövlət Akademi

arrow Ətraflı
Yuxunun yadda qalmamasının səbəbi bilindi like
  • 12 Okt 20:15  
Digərləri Yuxunun yadda qalmamasının səbəbi bilindi

Yəqin ki, çoxları bir çox hallarda gördükləri yuxunu yada sala bilmir. Ma

arrow Ətraflı
Pentaqon Türkiyəni Suriyadakı əməliyyatlarını dayandırmağa çağırıb like
  • 12 Okt 20:11  
Digərləri Pentaqon Türkiyəni Suriyadakı əməliyyatlarını dayandırmağa çağırıb

Pentaqon Türkiyəni Suriyadakı əməliyyatlarını dayandırmağa çağırıb.

arrow Ətraflı
Neyrogen amiotrofiyalar like
  • 12 Okt 20:10  
Digərləri Neyrogen amiotrofiyalar

Neyrogen amiotrofiyaların ən çox rast gəlinən növü Verdniq-Hoffman spoina

arrow Ətraflı
Mayonezin uşaqlarınıza təhlükə yaradacağını bilirsinizmi? like
  • 12 Okt 20:05  
Digərləri Mayonezin uşaqlarınıza təhlükə yaradacağını bilirsinizmi?

Mayonezin əsas tərkib hisssəsi yumurtadan ibarətdir.Mayonezin yumurtadan haz

arrow Ətraflı
Yuxusu ərşə çəkilənlər üçün üsul – like
  • 12 Okt 20:03  
Digərləri Yuxusu ərşə çəkilənlər üçün üsul –

Indi yuxusuzluqdan əziyyət çəkənlər həddən artıq çoxdur. Dərmanlara

arrow Ətraflı
MercedesBenz iki yeni hibrid hazırlayıb  FOTO like
  • 12 Okt 20:01  
Digərləri MercedesBenz iki yeni hibrid hazırlayıb FOTO

Mercedes-Benz şirkəti GLE və GLC krossoverlərinin hibrid versiyalarını tə

arrow Ətraflı
Körpələrdə ayaq əyriliyi təhlükəlidir? like
  • 12 Okt 19:55  
Digərləri Körpələrdə ayaq əyriliyi təhlükəlidir?

"Körpələrdə olan ayaq əyriliklərinin çoxu fiziolojidir, zamanla keç

arrow Ətraflı
D vitamini infeksion xəstəliklərdən qoruyur? like
  • 12 Okt 19:50  
Digərləri D vitamini infeksion xəstəliklərdən qoruyur?

"Bədənimizdə əhəmiyyətinə görə öndə olan vitaminlərdən biri d

arrow Ətraflı
Sklerokistoz yumurtalıqlar sindromu like
  • 12 Okt 19:45  
Digərləri Sklerokistoz yumurtalıqlar sindromu

Bu yumurtalıqlarda hormonların biosintezinin pozulması və nəticədə orqani

arrow Ətraflı