Yeni Defender Frankfurtda debüt edib VİDEO FOTO


Digərləri 12 Okt 2019 20:30:00 83 0

Yeni Defender Frankfurtda debüt edib  VİDEO  FOTO

Bu gün Frankfurtda işinə başlamış avtosalonda Land Rover şirkəti əfsanəvi Defender modelinin yeni nəslini nümayiş etdirib. Əslində, yeni ofrouderin eksteryer və interyeri bizim oxucular üçün sirr deyildir - dünən səhər dərc etdiyimiz xəbərdə avtomobilin dizaynı açıqlanmışdı.

Beləliklə, əfsanəvi ofrouderin davamçısı cari Discovery modelinin D7 paltformasının təkmilləşdirilmiş versiyası olan D7x platformasında inşa edilib. Avtomobil, konstruksiyasında alüminiumdan geniş şəkildə istifadə edilmiş aparıcı kuzova, ön ikiqollu və arxa çoxqollu asqıya malikdir. İstehsalçı şassinin elementlərinin 95 faizinin yeni olduğunu və ekstremal şəraitlərdə yeddi tona yaxın yüklənməyə qarşı davamlı olduğunu iddia edir. Pasport üzrə ofrouder 900 kq yük və 3,5 tonluq qoşqunu yedəyə götürə bilər.

Son.az autograph.az-a istinadən bildirir ki, əvvəl olduğu kimi, LR Defender iki variantda - 90 və 110 indekslərinə malik olan modifikasiyalarda təklif edilir. Lakin, bu rəqəmlər avtomobilin bazasının düymlə ölçüsünü bildirmir - bu sadəcə ənənələrə göstərilən hörmətdir. Üçqapılı LR Defender 90 modelinin bazasının uzunluğu 2587 mm (102 düym), beşqapılı Defender 110 modelinin isə, 3022 mm (119 düym) təşkil edir. Yeri gəlmişkən, LR Defender 110 modelinin bazası Discovery modelində olduğundan 99 mm genişdir. Ofrouder 18-22 düymlük disklərlə təklif edilir.

Defender 90 modelinin qabarit uzunluğu 4323 mm, eni - 1996 mm, hündürlüyü isə, 1974 mm təşkil edir. Defender 110 modelinin uzunluğu 4758 mm bərabərdir. Qısabazalı versiya standart olaraq yaylı asqı ilə təchiz edilir. Opsional olaraq, ofrouderi pnevmatiq asqı ilə sifariş etmək mümkündür. Standart rejimdə avtomobilin klirensi 216 mm təşkil edir. Offroud rejimində isə, bu rəqəm 291 mm bərabərdir. Gərək olduqda asqını qısa müddətə 70 mm artıqmaq da olar. Əşyaların rahat yüklənməsi üçün kuzovu standart vəziyyətindən 50 mm aşağı salmaq olar.

Qısa kuzov çıxışları avtomobili əla yolsuzluq geometriyası ilə təmin edib. Ofrouderin giriş bucağı 38, çıxış bucağı isə, 40 dərəcədir. Defender modeli 900 mm dərinliyində çay keçidlərini qət edə bilər. Ofrouder tam ötürmə sistemi, aşağı ötürmələr cərgəsi, əlavə ödənişlə isə, arxa differensialın qapanması ilə təchiz edilir. Bundan başqa, Defender çay keçidlərini keçmək üçün Wade rejimi olan və daha dəqiq tənzimləmələri etməyə imkan verən Terrain Response 2 firma elektron sistemi ilə də təchiz olunur. Opsiyalar arasında "şəffaf kapot" sistemi də vardır.

Defender modelinin mühərrik çeşidinə Ingenium ailəsindən olan mühərriklər daxil edilib. Bunlar 2,0-litrlik dördsilindrli turbodizel ilə təchiz edilmiş D200 və D240 (indeks gücü göstərir) modelləri, 2,0-litrlik benzin "turbodördlüyü" ilə təchiz edilmiş P300, və top-variant olan 3,0-litrlik altısilindrli mühərriklə təchiz olunan P400 modifikasiyası vardır. Sonuncu aqreqat 48 voltluq startyor-generatorla təchiz olunur və onun hasilatı  400 at qüvvəsi və 550 Nm təşkil edir. Defender P400 modeli 100 km/saat həddinə 6,4 saniyəyə sürətlənir. Bütün versiyalar 8-pilləli ZF "avtomatı" ilə təchiz edilirlər. Gələn il modelin qoşulan hibrid (PHEV) variantı da təqdim edilməlidir.

Yeni Defender'in interyeri sələfində olduğu kimi spartan ruhunda deyil. Avtomatik qutunun coystiki mərkəzi konsolun ucunda yerləşdirilib ki, bu da öndə qatlanan orta hissəsi olan üçyerli divanı quraşdırmağa imkan verir. Yeri gəlmişkən, qısabazalı versiya üçün bu quruluş standartdır. İkinci cərgənin oturacaqları 40:20:40 nisbətində bölünür. Beşqapılı variant üçün isə, üçüncü cərgəni də sifariş etmək olar. Defender 90 modeli 6-yerli, Defender 110 isə, 5-8 yerli ola bilər. 90 indeksli modelin baqaj həcmi 397 (1563) litr təşkil edir. Uzunbazalı versiyanın baqaj həcmi isə, oturacaq quruluşundan asılı olaraq,  231 və 646 (2380) litr ola bilər. Bundan başqa, damı parça ilə örtülən bölmə ilə sifariş etmək olar ki, bu da ikinci cərgənin sərnişinlərinə ayaq üstə durmağa imkan verəcəkdir.

(adsgarden = window.adsgarden || []).push({});
Ədviyyatların müalicəvi xüsusiyyətləri like
  • 12 Okt 20:29  
Digərləri Ədviyyatların müalicəvi xüsusiyyətləri

Cirə, hil, zəncəfil, vanil, mixək, darçın... Ədviyyatlar yeməklərə xü

arrow Ətraflı
Skopyedə Dünya Şotokan Federasiyasının Avropa çempionatı keçiriləcək like
  • 12 Okt 20:27  
Digərləri Skopyedə Dünya Şotokan Federasiyasının Avropa çempionatı keçiriləcək

Noyabrın 1-dən 3-dək Şimali Makedoniyanın paytaxtı Skopyedə Dünya Şotok

arrow Ətraflı
Vilayət Eyvazov DİNin Məktəbinın təqdimatında oldu  FOTO like
  • 12 Okt 20:26  
Digərləri Vilayət Eyvazov DİNin Məktəbinın təqdimatında oldu FOTO

Oktyabrın 12-də Daxili İşlər Nazirliyinin (DİN) Arif Heydərov adına Sır

arrow Ətraflı
Mədənin xroniki eroziyaları like
  • 12 Okt 20:25  
Digərləri Mədənin xroniki eroziyaları

Mədənin xroniki eroziyaları kəskin eroziyalardan xəstələrə kliniki əlam

arrow Ətraflı
Qastroenterit sindromu like
  • 12 Okt 20:20  
Digərləri Qastroenterit sindromu

Qastroenterit sindromunun yaranmasına infeksion xəstəliklər və infeksiyalar

arrow Ətraflı
Əfsanəvi “Beryozka” ansamblı Bakıda konsert proqramı ilə çıxış edib  FOTO like
  • 12 Okt 20:18  
Digərləri Əfsanəvi “Beryozka” ansamblı Bakıda konsert proqramı ilə çıxış edib FOTO

Oktyabrın 11-də Nadejda Nadejdina adına "Beryozka" Dövlət Akademi

arrow Ətraflı
Yuxunun yadda qalmamasının səbəbi bilindi like
  • 12 Okt 20:15  
Digərləri Yuxunun yadda qalmamasının səbəbi bilindi

Yəqin ki, çoxları bir çox hallarda gördükləri yuxunu yada sala bilmir. Ma

arrow Ətraflı
Pentaqon Türkiyəni Suriyadakı əməliyyatlarını dayandırmağa çağırıb like
  • 12 Okt 20:11  
Digərləri Pentaqon Türkiyəni Suriyadakı əməliyyatlarını dayandırmağa çağırıb

Pentaqon Türkiyəni Suriyadakı əməliyyatlarını dayandırmağa çağırıb.

arrow Ətraflı
Neyrogen amiotrofiyalar like
  • 12 Okt 20:10  
Digərləri Neyrogen amiotrofiyalar

Neyrogen amiotrofiyaların ən çox rast gəlinən növü Verdniq-Hoffman spoina

arrow Ətraflı
Mayonezin uşaqlarınıza təhlükə yaradacağını bilirsinizmi? like
  • 12 Okt 20:05  
Digərləri Mayonezin uşaqlarınıza təhlükə yaradacağını bilirsinizmi?

Mayonezin əsas tərkib hisssəsi yumurtadan ibarətdir.Mayonezin yumurtadan haz

arrow Ətraflı
Yuxusu ərşə çəkilənlər üçün üsul – like
  • 12 Okt 20:03  
Digərləri Yuxusu ərşə çəkilənlər üçün üsul –

Indi yuxusuzluqdan əziyyət çəkənlər həddən artıq çoxdur. Dərmanlara

arrow Ətraflı
MercedesBenz iki yeni hibrid hazırlayıb  FOTO like
  • 12 Okt 20:01  
Digərləri MercedesBenz iki yeni hibrid hazırlayıb FOTO

Mercedes-Benz şirkəti GLE və GLC krossoverlərinin hibrid versiyalarını tə

arrow Ətraflı
Körpələrdə ayaq əyriliyi təhlükəlidir? like
  • 12 Okt 19:55  
Digərləri Körpələrdə ayaq əyriliyi təhlükəlidir?

"Körpələrdə olan ayaq əyriliklərinin çoxu fiziolojidir, zamanla keç

arrow Ətraflı
D vitamini infeksion xəstəliklərdən qoruyur? like
  • 12 Okt 19:50  
Digərləri D vitamini infeksion xəstəliklərdən qoruyur?

"Bədənimizdə əhəmiyyətinə görə öndə olan vitaminlərdən biri d

arrow Ətraflı