Yeni eranın pioneri təqdim olundu FOTO


Digərləri 12 Okt 2019 19:30:00 236 0

Yeni eranın pioneri təqdim olundu  FOTO

Volkswagen markası öz tarixindəki üçüncü fəslə - elektrik dövrünə keçidinə hazırlıq mərhələsi bu gün Frankfurtda başa çatır. Yeni eranın pioneri olan Volkswagen ID.3 hetçbeki bu gün geniş kütlə qarşısında debüt edəcəkdir. Elektromobilin adındakı "ID" hərfləri Intelligent Design və Identity kimi açıqlanır. "3" rəqəmi isə, həm üçüncü eraya, həm də avropa klassifikasiyasındakı üçüncü "C" seqmentinə işarə edir.

Son.az autograph.az-a istinadən bildirir ki, VW ID.3 hetçbeki ilə birlikdə alman markasının yenilənmiş loqotipi də debüt edib. Yeni loqotip üçölçülü formatını itirmiş, "VW" hərfləri həkk edilmiş hamar detaldan ibarətdir. Loqotipin fonu da dəyişibdir: bundan sonra adi modellər üçün ağ, elektromobillər üçün - göy və idman avtomobilləri üçün isə, qırmızı fondan istifadə ediləcəkdir. 2020-ci ilin ortasından sonra, yeni emblem buraxılan bütün modellərdə tətbiq edilməlidir.

Beləliklə, ID.3 modeli güc strukturuna inteqrasiya edilmiş batareyası və arxa oxda quraşdırılmış elektromotoru olan MEB elektrik platformasında inşa edilib. Alman markasının arxa ötürməyə keçməsi simvolik olsa da, sonradan elektromobilin ön oxda əlavə elektromotor quraşdırılmış tam ötürməli versiyaları da təklif ediləcəkdir.

Ölçülərinə görə VW ID.3 cari Golf modelinə yaxındır. Elektromobilin qabarit uzunluğu 4260 mm, eni - 1810 mm, hündürlüyü isə, 1550 mm təşkil edir. Elektromobilin təkərlərinin kuzovun künclərində yerləşdirilməsi sayəsində onun təkər bazasının genişliyi 2770 mm-dir. Xatırladaq ki, Avropa bazarı üçün nəzərdə tutulmuş Passat modelində bu göstərici 2791 mm təşkil edir. Bu isə, o deməkdir ki, salondakı genişliyə görə, elektrokar cari Golf hetçbekini arxada qoyur. Bununla belə, hər iki hetçbekin baqaj bölümünün həcmi eynidir - 380 litr.

Elektromobilin salonunda demək olar ki, şüşəqaldıranlar və qəza düyməsi istisna olmaqla, fiziki düymələr qalmayıb. Qalan düymələr sensorludur. Üstəlik, bu düymələr toxunuşa "səslə" cavab verirlər. Transmissiyanın rejimləri isə, cihazlar panelinin yan tərəfində quraşdırılmış dəstəyin köməkliyi ilə dəyişdirilir. 10-düymlük sensorlu ekrana və səslə idarəetmə funksiyasına malik olan multimedia sistemini "Hello ID" frazası ilə aktivləşdirmək olar. Məzəli detallardan biri isə, əyləc və akselerator pedallarının üzərindəki "play" və "pause" piktoqramlarıdır.

VW ID.3 modeli 150 və 204 at qüvvəli elektrik mühərrikləri ilə təchiz ediləcəkdir. Hər iki mühərrikin fırlanma anı 310 Nm təşkil edir. Alıcılar batareyanın həcmini də seçmək imkanına malikdirlər: onlar 45,58, vəə 77 kVs tutumu olan batareyalardan birini seçə bilərlər. Müvafiq olaraq, elektromobil 330, 420 və 550 km (WLTP) yürüş məsafəsinə malikdir. Əlavə ödənişlə, elektrokarı 100 kVt gücü olan yükləmə qurğusu ilə sifariş etmək olar. Bu qurğu sayəsində 30 dəqiqə ərzində 290 km yürüş məsafəsinə çatacaq enerjini yükləmək mümkündür.  

(adsgarden = window.adsgarden || []).push({});