NATOnun baş katibi Türkiyəni təmkinli olmağa çağırıb


Digərləri 12 Okt 2019 19:11:00 297 0

NATOnun baş katibi Türkiyəni təmkinli olmağa çağırıb

NATO-nun baş katibi Yens Stoltenberg Türkiyənin təhlükəsizlik narahatlığını bütüvlükdə anladığını etiraf edib, lakin Suriyanın şimal-şərqinə hücumlarında bu ölkəni təmkinli olmağa çağırıb.

Birləşmiş Ştatlar prezidenti Donald Trumpın bu həftənin əvvəlində Suriyanın şimal-şərqindəki qüvvələrini gözlənilmədən geri çəkməsindən sonra Stoltenberq qeyri-müəyyənlik içərisində olan bölgə haqda müzakirələr aparmaq məqsədilə prezident Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Mevlut Çavuşoğlu ilə görüşmək üçün Türkiyəyə gedib.

Birləşmiş Ştatlar Türkiyənin terrorçu təşkilat kimi tanıdığı kürdlərin başçılıq etdiyi "Suriya Demokratik Qüvvələri"nə dəstək verirdi.

Birləşmiş Ştatlar ordusunu bölgədən çıxaran kimi Türkiyə terrorizmə qarşı mübarizə aparmaq üçün bir dəqiqə belə gözləməyəcəyini deyərək, Suriyanın şimal sərhədində hərbi əməliyyatlara başlayıb. Türkiyə ordusu hücumlarını davam etdirdiyi üçün cümə günü də sərhəddəki Ras Əl-Əyn və Təl Abyad şəhərində partlayışlar olduğu bildirilib.

Çavuşoğlu ilə birlikdə mətbuat konfransında iştirak edən edən Stoltenberq Türkiyənin həyata keçirdiyi əməliyyatlarla bağlı narahatlığını ifadə edib.

(adsgarden = window.adsgarden || []).push({});