Türkiyə Suriyada bir şəhəri terrorçulardan azad etdi


Dünya 12 Okt 2019 18:48:00 272 0

Türkiyə Suriyada bir şəhəri terrorçulardan azad etdi

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında keçirdiyi əməliyyat zamanı YPG qruplaşmasının nəzarətində olan Suriyanın Resulayn şəhərinin mərkəzinə daxil olub.

Son.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyə Milli Müdafiə Nazirliyi yayıb.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin Suriya Milli Ordusu ilə birlikdə Suriyanın şimalında keçirdiyi "Sülh bulağı" antiterror əməliyyatı nəticəsində indiyədək 415 terrorçu zərərsizləşdirilib.