1 litri 100 dollar, min dərdin dərmanı


Digərləri 12 Okt 2019 17:54:00 293 0

1 litri 100 dollar, min dərdin dərmanı

Kleopatranın hər gün eşşək südü ilə dolu vannada saatlarla uzandığını yəqin ki eşitmisiniz. Səbəbi sadə idi, o gözəlliyini qorumaq, dərisini qırışlardan uzaq saxlamaq üçün belə edirdi.

Son.az BakuPost.az-a istinadən bildirir ki, elm adamlarının uzun müddət sürən araşdırmaları bir çox xəstəliklərin müalicəsində eşşək südünün əvəzsiz olduğunu təsdiq ediblər.

Avropada eşşək südünün 1 litri 100 dollar civarındadır

Xərçəng xəstəliyinin növləri arasında ən təhlükəlisi hesab edilən yoğun bağırsaq və qırtlaq xərçənginin ən etibarlı dərmanı eşşək südüdür, bunu aparılan araşdırmalar sübut edib. Dünyanın bir çox ölkəsində hələ indi müalicəvi əhəmiyyəti kəşf edilən eşşək südünün faydaları çox qədimdən 

Azərbaycan xalqı arasında da bilinirdi.

Südün faydası onun miqdarının az olması ilə də ölçülür. Belə ki, bir inək sutkada orta hesabla 20-30 litr süd verirsə, eşşək sadəcə 2 litr verə bilir. Eşşəkdən gündə 4 dəfə, aralarında 2 saatdan az müddət olmamaqla süd sağıla bilər. İndi bir çox dünya ölkələrində eşşək fermaları belə qurulub. Eşşəklərin baxımı və qidalanması olduqca rahatdır, uzunqulaqlar çox az miqdarda yemək yeyirlər, saxlanması ucuz başa gəlir, əvəzində isə baha qiymətə satılan südlərindən yaxşı gəlir əldə edilir. Belə ki, Avropada eşşək südünün 1 litri 100 dollar civarındadır.

Ana südünə ən yaxın olanı eşşək südü imiş

(adsgarden = window.adsgarden || []).push({});